“Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2651 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.
Quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1392-1387 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.