“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 31 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.
Quyu Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 684-675 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.