Azərbaycanın magistral qaz kəmərlərində texniki itki normadan aşağıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumunda SOCAR-ın Qaz İxrac İdarəsinin Rəisinin birinci müavini Nazim Səmədzadə məlumat verib.
Qeyd olunub ki, xarici ölkələrin magistral qaz kəmərlərində texniki itki 1 faizə qədərdir. Azərbaycanda isə bu göstərici 0,5 faizdən də aşağıdır. Qaz istehlakı ilə bağlı hesablama aparılsa, digər ölkələrdən yüksək rəqəm alınar.