03 may 2017 17:42
331

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri davam edir

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinə cəlb edilən bölmələr növbəti mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementlərini yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər mayın 5-dək davam edəcək.