ABŞ-dakı aktiv neft quyularının sayı 703-ə çatıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı 6 ədəd artaraq 703-ə çatıb. Bu, son iki ildəki maksimum göstəricidir. Eyni zamanda, ölkədəki neft quyularının sayı ardıcıl 16 həftədir ki, artır.