Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təntənəli mərasimlər Silahlı Qüvvələrin birliklərinin, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil olunur.