11 may 2017 17:03
479

Rusiyanın Ermənistandakı hərbi bazasında qulluq edən zabitlərin fiziki və döyüş hazırlığı yolxanılır

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında xidmət edən zabit heyətinin fiziki və döyüş hazırlığı üzrə yarış keçirilir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, tədbirə Gümrüdəki hərbi hissənin 100-dən çox zabiti cəlb edilib. Bazada xidmət edən leytenantlardan polkovnikədək bütün zabitlər “Makarov” tipli tapançadan 25 metrlik məsafədəki hədəfə atəş açmaq, 100-400 metrlik məsafəyə üzmək, turnikdə normativləri yerinə yetirməklə hazırlıq səviyyələrini nümayiş etdirməlidirlər.

Məlumata görə, Cənub Hərbi Dairəsinin Cənubi Qafqazdakı hərbi biləşmələrinin zabitləri arasında seçmə mərhələsi bu il mayın 18-19-da keçiriləcək. Seçmə mərhələdə qalib gələn 8 hərbçi yayda və payızda ümumrusiya hərbi hissələrinin yarışında iştirak edəcək.