11 may 2017 21:32
430

Türkiyə yerli istehsallı uzaqmənzilli raketi sınaqdan keçirib

Türkiyə ilk dəfə yerli istehsal olan “Bora” uzaqmənzilli raketi sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.

O qeyd edib ki, raket Türkiyənin şimalındakı Sinop vilayətindən buraxılıb və Qara dənizə düşüb.

Sınağın uğurla həyata keçirildiyi məlumat verilib.

Ekspertlərin fikrincə, “Bora” raketinin atəş məsafəsi 1000 kilometrdən çoxdur.