04 iyun 2017 01:16
690

Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimi başa çatıb.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki.ş səhra təlimində Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri iştirak edib.

Taborun qiymətləndirilməsini çoxmillətli qiymətləndirmə heyəti keçirib və NATO-nun Quru Qoşunları Komandanlığının müşahidəçiləri tərəfindən izlənilib.

Məhərrəm Ağalaroğlu