07 iyun 2017 17:29
402

Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 7-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığından keçən Ermənistan və Azərbaycan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb.

“İki sahil” Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər.

Məhərrəm Ağalaroğlu