09 iyun 2017 23:44
621

Xüsusi təyinatlıların təlimi davam edir

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi davam edir

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” birgə təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək.