22 iyun 2017 14:49
484

Ermənistana məxsus PUA məhv edilib

İyunun 21-i axşam saatlarında cəbhənin Tərtər istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

"İki sahil" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmdəti məlumat yayıb.

Məhərrəm Ağalaroğlu