06 iyul 2017 17:37
420

Azərbaycan Baş Qərargah rəislərinin ikinci beynəlxalq konfransında təmsil olunacaq

İyulun 6-7-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Baş Qərargah rəislərinin ikinci beynəlxalq konfransı keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov konfransda iştirak etmək üçün Nyu-Yorka yola düşüb.