13 iyul 2017 22:12
467

Zakir Həsənov: Azərbaycana Rusiya silahlarının tədarükü üzrə müqavilənin 90 faizi yerinə yetirilib

Rusiyadan tankların, “Smerç” reaktiv yaylım atəşi sistemlərinin və “Msta-S” qurğularının tədarükü üzrə müqavilənin 90 faizi yerinə yetirilib, Bakı ödənişləri yerinə yetirib və silahlar uğurla tətbiq edilir.

Trend-in məlumatına görə, bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

Nazir bildirib ki, Rusiyadan əlavə silah tədarükü imkanlarına baxılır.

Qeyd edək ki, Rusiyadan yeni silahların Azərbaycana iyun ayında çatdırıldığı məlumat verilmişdi.