25 iyul 2017 18:27
388

“Dəniz kuboku - 2017” ilə əlaqədar mətbuat konfransı keçirilib

İyulun 25-də Hərbi Dəniz Qüvvələrinin qərargahında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin mətbuat konfransı keçirilib.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mətbuat konfransında müsabiqənin təşkili və keçirilməsi qaydaları, təhlükəsizlik və digər təşkilati məsələlər, həmçinin müsabiqənin mərhələ və epizodları, o cümlədən onların keçiriləcəyi yerlər haqqında ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Məhərrəm Ağalaroğlu