31 iyul 2017 17:31
424

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının açılışında Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı çıxış edib

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda keçirilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının açılış mərasimində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu çıxış edib.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 müsabiqə üzrə keçirilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında 28 ölkənin 3500-dən çox hərbi qulluqçusu iştirak edir.

Yarışlar avqustun 12-dək davam edəcək.

Məhərrəm Ağalaroğlu