01 avqust 2017 17:42
392

Mətbuat konfransı keçirilib

Avqustun 1-də Hərbi Dəniz Qüvvələrinin qərargahında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mətbuat konfransı zamanı iştirak edən heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib, jurnalistlərin iştirakı ilə müsabiqəyə cəlb olunan gəmilərə, xüsusi texnikalara, silahlara baxış keçirilib, onların təyinatına dair qısa brifinq verilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Məhərrəm Ağalaroğlu