01 avqust 2017 17:51
414

Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və “Snayper həddi” müsabiqələrinin təntənəli açılış mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında “Artilleriya atəşinin ustaları” və “Snayper həddi” müsabiqələrinin təntənəli açılış mərasimi keçirilib.

"İki sahil" Müdafiə Nazirliyinini mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan hərbçilərinin də iştirak etdiyi hər iki müsabiqə avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.

Məhərrəm Ağalaroğlu