03 avqust 2017 21:38
447

“Dəniz kuboku - 2017” müsabiqəsinin növbəti mərhələsinə MiQ-29 təyyarələri cəlb olunacaq

Avqustun 3-də “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmi heyətləri Xəzər dənizində təyin olunmuş rayonda hava hədəflərinin məhv edilməsi üzrə peşəkarlıqlarını nümayiş etdirəcəklər.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqənin bu mərhələsinin təmin olunmasına Azərbaycan Hərbi Hava Qüvvələrinin dörd MiQ-29 təyyarəsi cəlb olunacaq.

Məhərrəm Ağalaroğlu