09 avqust 2017 17:49
437

“Dəniz kuboku - 2017” müsabiqəsinin son mərhələsi keçiriləcək

Avqustun 9-da “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışların son mərhələsi çərçivəsində “Dəniz hazırlığı üzrə yarış”da öz güclərini sınayacaqlar.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şərtlərə əsasən heyətlər gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra edəcəklər.

Məhərrəm Ağalaroğlu