09 avqust 2017 17:52
444

Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinin bürünc medallarını qazanıblar

Beynəlxalq Ordu Oyunları çərçivəsində Moskva yaxınlığındakı Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsinin final mərhələsi başa çatıb.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışların üç mərhələsinin yekun nəticələrinə görə Azərbaycanın hərbi aşpazları üçüncü yeri tutaraq bürünc medala layiq görülüblər.

Məhərrəm Ağalaroğlu