22 avqust 2017 18:17
490

Rusiya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib

Avqustun 22-də Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “ARMİYA-2017” Beynəlxalq Hərbi Forumda iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.