Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 21-də saat 10:00-da Xidmətin Şəki rayon şöbəsində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edəcək.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların sentyabrın 18-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə, bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.