31 avqust 2017 16:51
421

Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

Avqustun 30-da Berlin şəhərində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə Nazirlikləri arasında qərargah danışıqları keçirilib.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

"İki sahil"