02 noyabr 2017 21:11
806

Ermənistan dövlət sərhədində təxribat törədib

Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki  mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.

"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

"İki sahil"