Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakıda qərargah danışıqları keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.
Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.