12 dekabr 2017 18:34
765

MDB Xarici İşlər Nazirləri Şurasının iclası apreldə Minskdə keçiriləcək

MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası gələn il aprelin əvvəlində keçiriləcək.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın MDB-nin qanunverici və digər orqanlarındakı daimi nümayəndəsi Andrey Şvedov bildirib.

Onun sözlərinə görə, iclas aprelin 6-da Minskdə baş tutacaq.