Türkiyədə "Gökdoğan" və "Bozdoğan" adlı ilk yerli ballistik raketlər uğurla sınaqdan keçirilib.
Publika.az "Anadolu"ya istinadən xəbər verir ki, raketlərin sınaq buraxılışı Sinop şəhəri ərazisindəki hərbi poliqonda baş tutub.
Sınaq zamanı mütəxəssislər tuşlama sistemi söndürüldükdən sonra raket mühərrikinin imkanlarını qiymətləndiriblər.