26 may 2018 22:16
1076

Türkiyə Prezidentinin köməkçisi: Azərbaycanla hərbi əməkdaşlığın daha da güclənməsində qərarlıyıq

Azərbaycanla hərbi və müdafiə sahəsində əməkdaşlığın daha da güclənməsində qərarlıyıq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Y.Topçu qeyd edib ki, bundan sonra da Türkiyə və Azərbaycan əlaqələrinin möhkəmlənməsinə çalışacaq.

O bildirib ki, Türkiyə Azərbaycan torpaqlarının tez bir zamanda erməni işğalından azad olunmasını istəyir:

“Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda və heç şübhəsiz, qardaş Azərbaycanın ərazi bütüövlüyü çərçivəsində həll edilməlidir”.