08 aprel 2019 11:32
1421

Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kral HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edib - FOTO

Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzini ziyarət edib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən informasiya verir ki, general-polkovnik N.Sadıkovla Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bəndər bin Əbdüləziz arasında görüş keçirilib.
Tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.