11 aprel 2019 16:00
776

BQXK-nin nümayəndələri hərbi qulluqçularla görüşüblər

2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə hərbi qulluqçular üçün Gəncə Zabitlər Evində beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxış edib və onları  maraqlandıran sualları cavablandırıblar.