28 iyul 2019 12:49
1701

Düşmənin növbəti təxribatı: Hərbi maşınlarımız atəşə tutuldu

DSX: Dövlət sərhədində döyüş mövqelərimizə qarşı düşmən tərəfinin təxribatları davam edir

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildiriblər ki, iyulun 28–də saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.