30 iyul 2019 15:51
823

Qazaxıstanın hərbi gəmisi Bakıya gəlib

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 30-də Bakıya gəlib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.