05 avqust 2019 13:05
1042

“Hərbi-tibbi estafet” müsabiqəsinin açılış mərasimi keçirilib

Azərbaycan Ordusunun hərbi həkimlərinin də iştirakı etdiyi “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinin təntənəli açılış mərasimi baş tutub.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, rəsmi hissədən sonra Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin iştirakı ilə hərbi həkimlər və digər qonaqlar üçün maraqlı konsert proqramı təqdim olunub.