Komandir hazırlığı sistemi çərçivəsində Əlahiddə Ümumqoşun Orduda bölük, batareya komandirləri və müavinləri ilə növbəti toplantı keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nəzəri və praktiki məşğələlərin keçirildiyi üç günlük toplantıda əsas məqsəd zabitlərin ixtisas hazırlıqlarının təkmilləşdirilməsi olub.