Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Eternity - 2019” təlimində iştirak edəcək Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçuları üçün konsert proqramı təşkil olunub.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbəre verir ki, tədbirdə Azərbaycan xalq mahnıları, hərbi marşlar və müxtəlif xalqların musiqiləri səsləndirilib, o cümlədən rəngarəng rəqslər təqdim olunub.