24 sentyabr 2019 18:50
948

“Saber Junction - 19” təlimlərinin növbəti mərhələsi icra olunub

Almaniyanın “Hohenfels” təlim mərkəzində davam edən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminə qatılan Azərbaycan Ordusunun hərbi qulluqçuları növbəti mərhələdə tapşırıqları icra ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbçilərimiz NATO-nun üzv və tərəfdaş ölkələrinin nümayəndələri ilə birgə təlim çərçivəsində keçirilən əməliyyatlar, bölmələrin qarşılıqlı fəaliyyəti və digər tapşırıqları yerinə yetirirlər.