24 oktyabr 2019 12:44
1100

Azərbaycanın Müdafiə naziri NATO toplantısında iştirak edəcək

NATO-nun Mənzil-Qərargahında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasina töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.
Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.