30 yanvar 2020 11:28
2446

Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Fevralın 20-də, saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Gəncədə Göygöl, Daşkəsən, Samux, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşların qəbulunu həyata keçirəcək.

SHXÇDX-dan "İki sahil"ə daxil olan məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların 17 fevral tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.