05 fevral 2020 10:14
1417

Düşmən atəşkəsi 20 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
"İki ashil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirri ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.