05 fevral 2020 13:34
1429

Hərbçilərimiz Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər

Azərbaycan Ordusunun hərbi qulluqçuları mayın 9-da Moskvada Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təntənəli mərasimdə ölkəmizi Azərbaycan Ordusunun bayraqdarları və 75 hərbi qulluqçudan ibarət heyət təmsil edəcək.