İtaliyanın "Yuventus" klubundan ayrılan qapıçı Canluici Buffonun yeni klubu müəyyənləşib.
"İki sahil" xəbər verir ki, 43 yaşlı qolkiperin "Parma"ya keçidi rəsmiləşib. Klub təcrübəli oyunçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə İtaliya "Parma"sında gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.
He is back where he belongs.
— Parma Calcio 1913 (@1913parmacalcio) June 17, 2021
He is back home.#SupermanReturns@gianluigibuffon @Kyle_J_Krause @ParmaCalcio_en pic.twitter.com/bh2FO6P8YX