20 iyun 2026 23:43
143

Dünya çempionatı: Niderland millisi İsveçi darmadağın edib

Niderland millisi dünya çempionatının qrup mərhələsinin ikinci tur matçında İsveçi 5-1 hesabı ilə məğlub edib.

“İki sahil” xəbər verir ki, görüş ABŞ-ın Texas ştatının Hyuston şəhərində baş tutub.

Qalib komandanın heyətində Brayan Brobbi (5-ci, 17-ci dəqiqələr), Kodi Qakpo (47-ci, 54-cü dəqiqələr) və Krisensio Sammervil (89-cu dəqiqələr) vurublar. İsveç millisindən Antoni Elanqa (59-cu dəqiqə) fərqlənib.

Niderland komandası 4 xal qazanaraq F qrupunda liderlik edir, İsveçlilər isə 3 xalla ikinci yerdədirlər.