21 iyun 2021 16:39
1706

"Neftçi" yeni mövsümün formalarını təqdim etdi VİDEO

"Neftçi" futbol klubu 2021/2022 mövsümü üçün yeni formalarını təqdim edib.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, geyim dəstləri ağ, qara və qırmızı rəngdədir.

Təqdimatda yeni transfer Sezar Meza Kolli, kapitan Emin Mahmudov, yarımmüdafiəçi Yusuf Laval və qapıçı Kamran İbrahimov iştirak ediblər.

Qeyd edək ki, "Neftçi" ötən mövsüm Azərbaycan Premyer Liqasının qalibi olub.