İngiltərənin paytaxtı Londonun yanğınsöndürənləri “Elephant & Castle” metrostansiyasının yaxınlığında kommersiya obyektlərini, avtomobillərini, telefon köşkünü bürümüş alovu söndürürlər.
“İki sahil” xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin məlumatında bildirilir.
"Dəmir yolu tağlarının altında üç ticarət obyekti, həmçinin dörd avtomobil və dəmiryol vağzalının yanında telefon köşkü yanır. Yol bağlanıb və insanlara bu əraziyə gəlməkdən çəkinmək, pəncərələri və qapıları bağlı saxlamaq tövsiyə edilir", - xidmətin tvitterdəki səhifəsində deyilir.
Hadisə yerində 10 yanğınsöndürən maşın və 70 yanğınsöndürən işləyir.