01 iyul 2021 16:00
1037

AVRO-2020: Danimarka millisi Bakıya yola düşdü FOTO/VİDEO

Danimarka millisi Avropa çempionatının 1/4 final mərhələsində Çexiyaya qarşı keçirəcəkləri oyun üçün Bakıya yola düşüb.

“İki sahil” xəbər verir ki, yığmanın axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcəyi gözlənilir.

Kasper Hülmandın baş məşqçi olduğu komanda "Hyatt" otelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.