03 iyul 2021 17:24
942

İstanbulda sel nəticəsində evlər su altında qalıb VİDEO

İstanbulun Şilə bölgəsində yağan leysan nəticəsində sel əmələ gəlib.

"İki sahil" “Hürriyet”ə istinadən xəbər verir ki, sel nəticəsində bəzi evləri su basıb. Evlərdə qalan vətəndaşlar xilaetmə qrupları tərəfindən təxliyyə olunub. İşlər davam etdirilir.

Qeyd edək ki, Bursada da leysan nəticəsində bəzi evlər su altında qalıb.