18 iyul 2021 00:35
1309

Azərbaycan və Çeçenistan muzeyləri anlaşdı

Azərbaycan Milli Xalça Muzeyi Rusiya Federasiyası Çeçenistan Respublikasının Milli Muzeyi ilə Anlaşma Memorandumu imzalayıb.

“İki sahil” xəbər verir ki, sənədi hər iki muzeyin direktorları – Şirin Məlikova və Zalina Mamayeva imzalayıblar.

İmzalanma mərasimi Ş.Məlikovanın Qroznı şəhərinə ezamiyyəti zamanı baş tutub.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi Çeçenistan Respublikasının muzeyləri ilə əməkdaşlıq etdiyi ölkəmizin ilk muzeyidir.

Memorandum iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi məqsədi daşıyır. Belə ki, muzey işi sahəsində tədqiqatlar aparılacaq, elmi işçilərdən ibarət nümayəndə heyətlərinin və metodiki ədəbiyyat mübadiləsi, birgə sərgi layihələri reallaşdırılacaqdır.

Bu sənəd Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına daha bir töhfədir.