20 iyul 2021 11:18
1291

Azərbaycan üçüncü oldu

Azərbaycanı Blearusda keçirilən “Slavyanski bazar” incəsənət festivalında üçüncü yeri tutub.

“İki sahil” xəbər verir ki, festivalda ölkəmizi 29 yaşlı müğənni və aktyor Tofiq Hacıyev təmsil edib. O, qələbə xəbərini İnstaqram səhifəsində fotolar paylaşaraq izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Azərbaycan festivalda 90-cı illərdən sonra ilk dəfə üçlüyə düşüb.