22 iyul 2021 13:50
1034

Media nümayəndələri və onların ailə üzvləri üçün “Açıq qapı” günü

Mədəniyyət naziri Anar Kərimovun qərarına əsasən 22 iyul tarixində Milli Mətbuat Günü münasibətilə Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədilə media nümayəndələri və onların ailə üzvləri üçün nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərə giriş sərbəst olacaq.

Nazirlikdən "İki sahil"ə bildirilib ki, muzeylərin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.